بو سون آیلاردا بلکه ده سون ایللرده بعضی یولداشلارین واسیطهسی ایله باش وئرن اولایلار قونوسوندا بیر سیرا یازیلاری پایلاشمیشام، آنجاق اونلارا سورکلی زحمت وئرمک بیر یانا، بعضن ده_اولابیلر_سئومهدیکلری حوزه ده پایلاشدیغیم یازیلارلا اونلاری داها اینجیتمیش اولام. بو سطرله اونلارا و بوتون دانیشیق ایمکانلاری یارادان، دانیشیق اؤزگورلویونه اینانان اینسانلارا یاشایین دئیهرک ووردپرس و اینترنت چالیشانلارینا دا یورولمایاسیز دئییرم.
بئلنچی بیر ایشه باشلاماق هر زاددان چوخ، اینسانی دائیمی سرگیلنمک زوروندا قویور. شیفاهی دانیشیقلار هاوادا محو اولوب گئتدیکده، یازیلار /یازیلاریمیز ثبت اولوب، دییشمهدن، هر زامان الینه چاتان هر کسین گؤزو اؤنونده جانلانیر. شیفاهی تاریخیمیز، شیفاهی ادبیاتیمیز، شیفاهی کییاسَتیمیز و بوتون شیفاهی وارلیقلاریمیز تَبّت داغلاری تک آدلیم اولسالار دا، مکتوب وارلیقلاریمیز آلتایین چؤللری تک اونوتقانلیق ایچینده باسدیریلیر. سؤزدن یازییا گئچمک، هیجاندان دوشونجهیه گئچمک قدر اولاناقلی و گرکلی دیر.
کارتر فایندلی تورکلر تاریخینی قوربان پایی کیمی گؤروب، هر بیر قیسمی بیر باشقا آلانلاردا چؤزولمکده اولماق گؤروشونو اورتایا قویور. اونجا، بشر تورک تاریخینی بیر واحید تاریخ کیمی گؤرمهدیکده بشرین اؤنملی بیر بؤیوک معنوی قیسمینی دانماقدا دیر. ایستعمارچیلیق آچیسییلا باخساق دا باخماساق دا بیر زاد دییشمیر. آنجاق منه ان آجی بؤلومو اؤزوموز اولوروق.
اونلارجا کیتابخانالاردان و موزهلردن سیسقاجا سوزوب الیمیزه چاتمیش بیر چوخ تورک کلاسیک کیتابلارینی گؤردوکده، آجیمیز داها آرتیر. یانی تاریخ بویو بو اثرلر اولدوغو کیمی دیرلندیریلسهیدیلر، سارایلاردا، مکتبلرده بیلگینلریمیزین صوحبت سوفرهلرینده اولسایدیلار، ان آزی، بو گون «بیز تورکلرین مکتوب میراثیمیز یوخ دور آخی!» زهرلی جوملهلری روزگاریمیزی قاراتمازدی.
بیر باشقا سؤزو ده دئمک ایستردیم، بیزیم اجدادیمیز دوغرو یولون یولچوسو اولماییبلارسا، حاشا و کلا، ندن بیز الیمیزده اولان مینلر ایمکانی قوللانمایاق و چاغیمیزا گرکنلری ائتمهیک؟
Şəxsi Vebsaytımın Doğulması
Bu son aylarda bəlkə də son illərdə bə’zi yoldaşların vasitəsi ilə baş verən olaylar qonusunda bir sıra yazıları paylaşmışam, ancaq onlara sürəklı zəhəmət vermək bir yana, bə’zən də_olabilər_sevmədikləri hovzədə paylaşdığım yazılarla onları daha incitmiş olam. Bu sətrlə onlara və bütün danışıq imkanları yaradan, danışıq özgürlüyünə inanan insanlara yaşayın deyərək WordPress və internet çalışanlarına da yorulmayasız deyirəm.
Belənçi bir işə başlamaq hər zaddan çox, insanı dayimi sərgilənmək zorunda qoyur. Şıfahı danışıqlar havada məhv olub getdikdə, yazılar /yazılarımız səbt olub, dəyışmədən, hər zaman əlinə çatan hər kəsin gözü önündə canlanır. Şifahi tariximiz, şifahi ədəbiyatımız, şifahi kiyasətimiz və bütün şifahi varlıqlarımız Təbbət dağları tək adlım olsalar da, məktüb varlıqlarımız Altayın çölləri tək unutqanlıq içındə basdırılır. Sözdən yazıya geçmək, həyəcandan düşüncəyə geçmək qədər olanaqlı və gərkli dır.
CARTER FINDLEY türklər tarıxını qurban payı kimi görüb, hər bir qismi bir başqa alanlarda çözülməkdə olmaq görüşünü ortaya qoyur. Onca, bəşər türk tarixini bir vahid tarix kimi görmədikdə bəşərin önəmli bir böyük mə’nəvi qismini danmaqda dır. İste’marçılıq açısiyla baxsaq da baxmasaq da bir zad dəyişmir. Ancaq mənə ən acı bölümü özümüz oluruq.
Onlarca kitabxanalardan və muzələrdən sısqaca süzüb əlimizə çatmış bir çox türk kilasik kitablarını gördükdə, acımız daha artır. Yanı tarix boyu bu əsərlər olduğu kimi dəyərləndirilsəydilər, saraylarda, məktəblərdə bilginlərimizin söhbət süfrələrində olsaydılar, ən azı, bu gün “biz türklərin məktüb mirasımız yox dur axı!” zəhərli cümlələri rüzgarımızı qaratmazdı.
Bir başqa sözü də demək istərdim, bizim əcdadımız doğru yolun yolçusu olmayıblarsa, hâşâ və kəllâ, nədən biz əlimizdə olan minlər imkanı qullanmayaq və çağimiza gərəkənləri etməyək?